Niderland seçməsi F qrupunun açılış matçında Yaponiya ilə heç-heçə edərək, dünya çempionatlarında ilk qrup mərhələsi oyunlarında ən çox məğlubiyyətsiz qalan ikinci komanda olub.

Matc.az xəbər verir ki, Niderland kollektivi qrup mərhələsinin start görüşlərində ardıcıl 10 oyundur məğlubiyyət üzü görmür.

Onlar bu göstəricidə yalnız 20 oyunu olan Braziliyadan geri qalırlar.

Xatırladaq ki, Almaniya milli komandası 2026-cı il dünya çempionatında e qrupunun ilk oyununda Kürasaonu 7:1 hesabı ilə darmadağın edib. Bu qarşılaşma Kürasao komandasının dünya çempionatları tarixində ilk çıxışı olub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest