Almaniya millisi dünya çempionatında rəqib qapılarına ən çox qol vuran komanda ünvanına sahib çıxıb.
Almaniya millisi dünya çempionatında rəqib qapılarına ən çox qol vuran komanda ünvanına sahib çıxıb.
Matc.az xəbər verir ki, bu tarixi hadisə DÇ-2026-nın E qrupunun ilk turunda, Almaniyanın Kürasaonu 7:1 hesabı ilə məğlub etdiyi oyunda qeydə alınıb.
ABŞ-ın Hyuston şəhərindəki "NRG Stadion"unda baş tutan qarşılaşmanı mərakeşli hakim Cəlal Ceyd idarə edib.
Kürasao ilə matçda 7 qol vuran Almaniya yığması turnirin final mərhələlərində vurduğu qolların sayını 239-a çatdıraraq, bu göstəricidə Braziliyanı (238 qol) geridə qoyub və mütləq lider olub.
Qeyd edək ki, 2026-cı il Dünya Çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçirilir. Argentina turnirin hazırkı çempionudur. 2022-ci il Dünya Çempionatının finalında Fransa ilə qarşılaşan argentinalılar əsas vaxtı 3:3 bitən matçın penaltilər seriyasında 4:2 hesabı ilə qələbə qazanmışdılar.













