​"Dünya çempionatına qələbə ilə başlamaq pis deyil. İlk hissədə yaxşı oynadıq, lakin ikinci hissədə arxayınlaşdıq. Buna görə də rəqib qapısına gedən yolları tapmaqda çətinlik çəkdik".

Meksika millisi DÇ-2026-nın açılış matçında Cənubi Koreya Respublikasına 2:0 hesabı ilə qalib gəlib.

Matc.az xəbər verir ki, "üçrənglilər"in baş məşqçisi Xavyer Agirre qarşılaşmadan sonra komandasının çıxışını şərh edib:

​"Dünya çempionatına qələbə ilə başlamaq pis deyil. İlk hissədə yaxşı oynadıq, lakin ikinci hissədə arxayınlaşdıq. Buna görə də rəqib qapısına gedən yolları tapmaqda çətinlik çəkdik. Birinci yarıdan sonra hesabda 3:0 öndə olmalı idik. Vəziyyəti özümüz çətinləşdirdik. Daha sonra tablodakı 2:0 hesabı bizi rahatlatdı və bu, işimizi daha da qəlizləşdirdi. Sözsüz ki, belə bir oyundan sonra hələ artırmalı olduğumuz tərəflər var.

Raul Ximenes turnir başlamazdan əvvəl mənə bu dünya çempionatının məhz onun turniri olacağını demişdi. ​Oyunun sonuna yaxın Sesarın qırmızı vərəqə alması işimizi bir az çətinləşdirdi. Həmin epizodda topu asanlıqla itirdik, ona görə də o, risk etməli oldu. Bu, qətiyyən planlarımıza daxil deyildi. Lakin növbəti oyun öncəsi reallıq artıq belədir.

​Azarkeşlərin narazı qalmağa haqqı var. Komandamızın fitə basılmasını eşitmədim. Siz jurnalistsiniz, mən yox, yəqin ki, vəziyyəti daha yaxşı görürsünüz. 4:0 hesabı ilə qalib gəlsəydik, insanlar daha xoşbəxt olardılar. ​16 qol epizodumuz və rəqib cərimə meydançasına 12 asmamız oldu. Lakin hücumun son həmləsində kifayət qədər kəsərli deyildik. Bu, üzərində işləməli olduğumuz məqamdır".

Qeyd edək ki, Meksika yığması növbəti turda Cənubi Koreyaya qarşı oynayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest