Fil Dişi Sahili tərəfdarlar komitəsinin prezidenti Jülyen Kuadio Adonis yerli azarkeşlərə ABŞ vizasının verilməsindən imtina edildiyini açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "The Guardian" nəşri yayıb.

Məsələ ilə bağlı açıqlama verən komitə sədri qərara sərt reaksiya göstərib: "Azarkeşlər səfərlərini ləğv etmək məcburiyyətində qaldılar. Çünki ABŞ hökuməti müəyyən ölkələrdən, xüsusən də Fil Dişi Sahilindən olan fanatların öz ərazisində olmasını istəmir. Vaşinqton bizə azarkeşlərimizi qəbul etmək niyyətində olmadığını açıq şəkildə bildirdi. Bu vəziyyət bizi dərindən incidir. Çünki komandamızı dəstəkləmək kimi müqəddəs vəzifəmizi yerinə yetirməyimizə mane olur".

Qeyd edək ki, bu, turnir öncəsi yaşanan ilk viza problemi deyil. Belə ki, ABŞ sərhəd rəsmiləri daha əvvəl somalili hakim Ömər Əbdülkadir Artanın da ölkəyə girişinə icazə verməmişdilər. Somali ABŞ-a giriş məhdudiyyətləri tətbiq edilən dövlətlərin siyahısındadır. Bu insidentdən sonra FİFA həmin hakimin 2026-cı il dünya çempionatı oyunlarını idarə edə bilməyəcəyini rəsmən təsdiqləyib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest