2026-cı il dünya çempionatında ABŞ, Kanada və Meksikada yarışacaq bir çox milli komanda, gözlənilən həddindən artıq isti hava şəraiti səbəbindən ehtiyat oyunçuların matçları soyunma otağından izləməsinə icazə verməyi planlaşdırır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "The Touchline" portalı paylaşıb.
Bildirilir ki, bu sistem tətbiq olunacağı təqdirdə, köməkçi məşqçi ehtiyat oyunçular skamyasından soyunma otağına yollanacaq və komanda əvəzetmə etmək qərarına gəldikdə, lazımi futbolçuları isinmə hərəkətləri etmək üçün meydana göndərəcək.
FİFA bundan əvvəl hakimlərə futbolçuların su ehtiyacını qarşılamaq məqsədilə hər oyunda, hər hissənin ortasında iki xüsusi fasilə verməyi tapşırmışdı.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-də start götürəcək. Turnirin açılış qarşılaşmasında ev sahibi Meksika yığması Cənubi Afrika komandası ilə üz-üzə gələcək.