2026-cı il dünya çempionatının "ölüm qrupu" və ən zəif dördlüyü məlum olub. "Opta Power Rankings" reytinq sisteminin apardığı təhlillər nəticəsində turnirin ən güclü və ən zəif qrupları müəyyənləşib.

2026-cı il dünya çempionatının "ölüm qrupu" və ən zəif dördlüyü məlum olub. "Opta Power Rankings" reytinq sisteminin apardığı təhlillər nəticəsində turnirin ən güclü və ən zəif qrupları müəyyənləşib.

Matc.az xəbər verir ki, bu barədə "Opta Analyst" portalı məlumat yayıb.

Araşdırmanın nəticələrinə əsasən qrupların çətinlik dərəcələri aşağıdakı kimi formalaşıb:

Fransa, Seneqal, Norveç və İraqdan ibarət I qrup "ölüm qrupu" kimi ortaya çıxıb. Bu qrupdakı ölkələrin orta çətinlik reytinqi 81.8 olub.

Portuqaliya, Özbəkistan, Kolumbiya və Konqo Demokratik Respublikasından (81.0) ibarət K qrupu ikinci yeri tutub.

Argentina, Əlcəzair, Avstriya və İordaniyadan (80.5) ibarət J qrupu ilk "üçlüy"ü tamamlayıb.

Kanada, Qətər, İsveçrə və Bosniya və Herseqovinadan ibarət B qrupu ən zəif qrup olub (70.9).
Çətinlik dərəcəsinə görə beşinci yerdə (78.3) olan D qrupu proqnozlaşdırılması ən çətin qrup hesab edilib. Bu qrup bütün iştirakçıları (Türkiyə, Avstraliya, Paraqvay və ABŞ) dünya reytinqində ilk 50-likdə qərarlaşan yeganə dördlük kimi diqqət çəkir. Bu, yalnız ilk "50-liy"ə daxil olan ölkələrdən ibarət olan yeganə qrupdur: Türkiyə, Avstraliya, Paraqvay və ABŞ.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest