"Milan" UEFA Çempionlar Liqasına vəsiqə qazana bilmədiyi üçün Luka Modriç klubu tərk edir.
Matc.az xəbər verir ki, bu barədə bu barədə "Tuttosport" nəşri məlumat yayıb.
Madrid "Real"ı Modriçi qaytarmağı planlaşdırır, lakin artıq futbolçu kimi yox. "Kral klubu" xorvatiyalı yarımmüdafiəçiyə yeni baş məşqçinin məşqçilər korpusunda vəzifə təklif edə bilər. Hadisələrin inkişafının ikinci variantı da mövcuddur. Belə ki, Lukanın Madrid nəhənginin strukturunda inzibati vəzifəyə təyin edilməsi variantı da var.
Xatırladaq ki, Modriç 2012-ci ildən 2025-ci ilə qədər İspaniya klubunun rənglərini qoruyub. Təcrübəli yarımmüdafiəçi İtaliya A Seriyasının 2025/26 mövsümündə "Milan"ın heyətində 34 qarşılaşmada çıxış edib, aktivinə 2 qol və 4 məhsuldar ötürmə yazdırıb.









_1779972117.jpg)



