Qabriel Jezus yayda "Arsenal"dan ayrıla bilər.

Matc.az xəbər verir ki, bu barədə jurnalist David Ornşteyn məlumat yayıb.

Braziluyalı futbolçunun İngiltərə çempionu ilə müqaviləsi gələn ilin iyununda başa çatır. Bunu nəzərə alan Premyer Liqa nəhəngi bu yay Jezusu satıb gəlir əldə etməyi planlaşdırır. London klubu 29 yaşlı forvarda 20 milyon funt-sterlinq qiymət qoyub.

Qeyd edək ki, Qabriel Jezus başa çatan mövsümdə "Arsenal"ın heyətində bütün turnirlərdə keçirdiyi 24 oyunda 6 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest