"Napoli" "Yuventus"un hücumçusu Duşan Vlahoviçi heyətinə qatmaq üçün danışıqlara başlayıb.

Matc.az xəbər verir ki, bu barədə "Tuttosport" nəşri məlumat yayıb.

Neapol klubu serbiyalı futbolçunun mümkün transferini müzakirə etmək üçün artıq onun yaxın çevrəsi, xüsusən də atası ilə əlaqə saxlayıb. Vlahoviç yayda komandadan ayrılacağı gözlənilən Romelu Lukakunun potensial əvəzləyicisi kimi nəzərdən keçirilir.

​26 yaşlı forvard "Yuventus"un maaşın əhəmiyyətli dərəcədə azaldılması şərti ilə müqavilənin müddətini uzatmaq təklifindən məmnun deyil. Turin klubunun Çempionlar Liqasına vəsiqə qazana bilməməsi də futbolçunun qərarına təsir göstərə bilər.

Qeyd edək ki, Duşan Vlahoviç başa çatan mövsümdə "Yuventus"un heyətində bütün turnirlərdə keçirdiyi 23 oyunda 10 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest