"İnter" və "Liverpul" Körtis Consun transferini müzakirə etmək üçün danışıqlar aparıblar.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Canluka Di Marsio məlumat yayıb.
Klubların idman direktorları Pyero Auzilio və Riçard Hyuz ingiltərəli yarımmüdafiəçinin potensial keçidi ilə bağlı artıq dialoqa başlayıblar. Cons yanvar ayından bəri Milan klubunun maraq dairəsindədir.
Hazırda klublar arasında yekun razılıq əldə olunmasa da, danışıqlar ilkin müzakirə mərhələsini geridə qoyub. Consun özü oyun vaxtının azlığından narahat olduğu və "Liverpul"un baş məşqçisi Arne Slotla gərgin münasibətlərinə görə klubunu dəyişməyə müsbət yanaşır.
Qeyd edək ki, Körtis Cons ötən mövsüm "Liverpul"un heyətində bütün turnirlərdə keçirdiyi 49 oyunda 3 qol vurub, 3 qol ötürməsi edib.











_1692637766.png)

