27 May 2026, 17:45
FUTBOL
"Real"ın rəsmi saytında 2025/2026 mövsümünün ən yaxşı futbolçusunun adı açıqlanıb.
Matc.az xəbər verir ki, mükafat fransalı hücumçu Kilian Mbappeyə verilib.
Bu, onun sözügedən mükafatı qazandığı ardıcıl ikinci mövsümdür.
Mbappe 25 qolla La Liqanın ən məhsuldar oyunçusudur. O, həmçinin cari Çempionlar Liqasında ən çox qol vuranların siyahısına (15 qol) başçılıq edir.
Ümumilikdə Mbappe bu mövsüm "Real"da 44 oyun keçirib və 42 qol vurub. O, Madrid klubunda dörd dəfə ayın oyunçusu seçilib.

_1692637766.png)











