27 May 2026, 17:09
FUTBOL
İspaniyalı mütəxəssis Eder Sarabia "Elçe"nin baş məşqçisi vəzifəsindən ayrılıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Sarabiyanın 2027-ci ilə qədər müqaviləsi var idi, lakin "Elçe" rəhbərliyi ilə danışdıqdan sonra o, ayrılmaq qərarına gəlib.
Eder Sarabia 2024-cü ilin iyun ayında "Elçe"yə keçib. Komandanı çalışdırdığı 2 il ərzində 88 oyunda 38 qələbə, 24 heç-heçə və 26 məğlubiyyət alıb.
Qeyd edək ki, "Elçe" La Liqanın turnir cədvəlində 15-ci yeri tutaraq növbəti mövsüm üçün də yüksək liqadakı yerini qoruyub saxlayıb.













