27 May 2026, 15:18
FUTBOL
"Çelsi" "Barselona"nın braziliyalı hücumçusu Joao Pedroya olan marağına reaksiya verib.
Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, London klubu 24 yaşlı hücumçunun "Barselona" da daxil olmaqla, hər hansı bir komandaya transferinə veto qoyub. "Mavilər" klubun gələcəyində əsas fiqur hesab etdikləri ulduz futbolçunun mümkün satışı barədə ümumiyyətlə danışıqlar aparmaq istəmirlər.
Qeyd edək ki, "Çelsi" Pedronu 2025-ci ilin iyulunda "Brayton"dan transfer edib. Bu keçid londonlulara 63,7 milyon avroya başa gəlib. "Transfermarkt" portalı braziliyalı oyunçunun dəyərini 75 milyon avro olaraq qiymətləndirir.
Joaonun London klubu ilə hazırkı müqaviləsi 2033-cü ilin iyun ayına qədərdir. O, "Çelsi" forması ilə çıxdığı 49 oyunda 20 qol vurub və 6 məhsuldar ötürmə edib.













