27 May 2026, 14:26
FUTBOL
"Liverpul" yay "transfer pəncərəsi" öncəsi "Brayton"un qambiyalı hücumçusu Yankuba Minteh ilə bağlı ilkin sorğu aparıb.
Matc.az xəbər verir ki, bu barədə "Africa Foot" nəşri məlumat yayıb.
Mersisaydlılar hücumçu Məhəmməd Salahın rəsmi şəkildə komandadan ayrılmasından sonra Qambiya millisinin üzvü ilə hücum xəttini gücləndirmək imkanlarını nəzərdən keçirirlər.
21 yaşlı cinah oyunçusunun bir müddətdir "Liverpul"un radarında olduğu bildirilir. "Brayton"dakı uğurlu mövsümündən sonra ona olan maraq daha da artıb. "Liverpul"un diqqətini çəkən digər amil isə Mintehin baş məşqçi Arne Slotla olan yaxşı münasibətləridir.
Danışıqlar ilkin mərhələdədir və hələlik rəsmi təklif irəli sürülməyib. Mintehin "Brayton"la müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir. "Transfermarkt" portalında qambiyalı oyunçunun transfer dəyəri təxminən 40 milyon avro olaraq qiymətləndirilir.













