Danimarka millisi və "Seltik"in qapıçısı Kasper Şmeyxel peşəkar futboldan ayrıldığını açıqlayıb.

Matc.az xəbər verir ki, bir müddətdir çiyin zədəsindən əziyyət çəkən qolkiper mövsümün əhəmiyyətli hissəsini buraxmalı olub.

Şmeyxel 2024-cü ilin yayından "Seltik"də oynayır. Onun komanda ilə müqaviləsi iyun ayında başa çatır.

Qeyd edək ki, 39 yaşlı qapıçı "Mançester Yunayted"lə ikiqat İngiltərə çempionu və Danimarka ilə 1992-ci ildə Avropa çempionu olmuş Peter Şmeyxelin oğludur.

Şmeyxel karyerası ərzində "Mançester Siti", "Kardiff", "Koventri", "Lids", "Lester Siti", "Nitsa" və "Anderlext" klublarında oynayıb.

Təcrübəli qapıçı "Lester"lə 2016-cı ildə İngiltərə Premyer Liqası çempionluğunu, eləcə də 2021-ci ildə FA Kubokunu və Superkubokunu qazanıb.

"Seltik"lə isə 2025-ci ildə Şotlandiya Premyer Liqası çempionluğunu, 2025-ci ildə isə Şotlandiya Kubokunu qazanıb.

O, həmçinin Danimarka millisində 120 oyun keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest