"Real"la müqaviləsi gələn ilin yayında başa çataan Vinisius Junior gələcəyi barədə danışıb.

Matc.az xəbər verir ki, braziliyalı vinger yeni sözləşmə imzalamaq üçün tələsmədiyini deyib:

"Müqavilənin müddətini uzatmağa tələsmirəm. 2027-ci ilə qədər hələ kifayət qədər vaxt var. Ona görə də klubla müzakirə edəcəyimiz şeylər mövcuddur. Mən tamamilə arxayınam, "Real"da da eyni ab-hava hökm sürür. Florentino Peres mənə güvənir, mən də ona tam etibar edirəm".

Qeyd edək ki, 25 yaşlı futbolçu başa çatan mövsümdə "Real"ın heyətində bütün turnirlərdə keçirdiyi 53 oyunda 22 qol vurub, 14 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest