27 May 2026, 10:30
FUTBOL
İngiltərə Premyer Liqasında 2025/2026 mövsümünün ən yaxşı baş məşqçisi müəyyənləşib.
Matc.az xəbər verir ki, çempion "Arsenal"ı çalışdıran Mikel Arteta ən yaxşı seçilib.
İspaniyalı mütəxəssis azarkeşlər arasında keçirilən sorğuda "Brentford"dan Kit Endryus, "Arsenal"dan Mikel Arteta, "Mançester Yunayted"dən Maykl Kerrik, "Mançester Siti"dən Xosep Qvardiola, "Bornmut"dan Andoni İraola və "Sanderlend"dən Rejis de Brini qabaqlayıb.
Arteta 2003/2004 mövsümündəki Arsen Vengerin vaxtından bəri "Arsenal"ın bu fəxri mükafata layiq görülən ilk məşqçisi oldu.













