27 May 2026, 09:20
FUTBOL
"Yuventus"un baş məşqçisi Luçiano Spalletti Məhəmməd Salahı komandasına görmək.
Matc.az xəbər verir ki, bu barədə "La Repubblica" nəşri məlumat yayıb.
Spaletti daha əvvəl Salah ilə "Roma"da işləyib. Bu, Turin klubunun 33 yaşlı misirli futbolçuilə müqavilə imzalamaq şansını artıra bilər.
Salahın təkcə "Roma"da (83 oyun) deyil, həm də "Fiorentina"da da (26 oyun) İtaliya təcrübəsi var. Buna görə də, İtaliya çempionatı onun üçün yad deyil.
Salah 2017-ci ilin yayında "Roma"dan "Liverpul"a keçib. O, ingilis klubunda 442 oyun keçirib (257 qol və 123 məhsuldar ötürmə) və 9 titul qazanıb.
Qeyd edək ki, Salah Misirin 2026-cı il dünya çempionatı üçün heyətinə daxil edilib.













