27 May 2026, 01:24
FUTBOL
Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç "Milan"la müqaviləsini yeniləməyəcək və bu yay klubdan ayrılacaq.
Matc.az xəbər verir ki, bu barədə "Tuttosport" məlumat yayıb.
Bildirilir ki, yarımmüdafiəçi artıq qərarı barədə İtaliya klubunun rəhbərliyini məlumatlandırıb.
Modriç "Milan"a 2025-ci ilin yayında azad agent kimi qoşulub. Onun klubla müqaviləsi iyunun 30-da başa çatır.
Ötən mövsüm yarımmüdafiəçi "Milan"da 37 oyunda 2 qol vurub və 3 məhsuldar ötürmə edib.













