26 May 2026, 22:21
FUTBOL
İtaliyanın "Roma" klubu müdafiəçi Mario Hermoso ilə tərəfdaşlığının davam etdiyini açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Roma" klubunun rəhbərliyi ispaniyalı oyunçunun hazırkı müqaviləsini uzatmaq seçimindən istifadə edib. Müdafiəçinin yeni müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Hermoso bu mövsüm "Roma"da 35 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib. "Transfermarkt" onu 7 milyon avro dəyərində qiymətləndirir.













