26 May 2026, 21:44
FUTBOL
Yanvar ayından bəri "Barselona"da icarədə olan "Əl-Hilal"ın müdafiəçisi Joao Kanselo karyerasını Kataloniya klubunda davam etdirmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə Sport.es məlumat yayıb.
Bildirilir ki, 31 yaşlı futbolçu İspaniya klubunda ən azı 2 mövsüm keçirmək istəyir. Bundan sonra o, "Benfika"ya qayıtmağı düşünür.
"Əl-Hilal" portuqaliyalı müdafiəçi üçün 10 milyon avro tələb edir. Kanselo isə "Barselona"da oynamaq üçün maaşının azaldılmasına razıdır. Kataloniya klubu da oyunçunun komandada qalmasını istəyir.
Qeyd edək ki, Kanselo 2023/2024 mövsümündə "Barselona"da oynayıb. O, Kataloniyalıların heyəətində ümumilikdə 65 oyunda iştirak edib, 6 qol vurub və 9 məhsuldar ötürmə edib.













