26 May 2026, 21:07
FUTBOL
"Real" prezident seçkiləri səbəbindən "Benfika"nın baş məşqçisi Joze Mourinyonun müqaviləsindəki 7 milyon avroluq alış seçimini aktivləşdirə bilmədi. Bunu etmək üçün Madrid klubunn bu gün axşa qədər vaxtı var idi.
Matc.az xəbər verir ki, bu barədə RTP məlumat yayıb.
Bildirilir ki, "Real" hazırkı vəziyyətdə 15 milyon avro ödəməli olacaq. Portuqaliyalı məşqçinin "Kral Klubu"na qayıtmasının həll olunmuş bir məsələ olduğu vurğulanır.
"Benfika" isə hazırda "Fulhem"i çalışdıran Marko Silvanın Mourinyonun yerinə nəzərdən keçirir. Lissabon klubunun prezidenti Rui Kosta Silvanı İngiltərəni tərk etməyə razı salmağa çalışır.













