"Milan"ın portuqaliyalı cinah oyunçusu Rafael Leao karyerasını Türkiyədə davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Luka Biançin paylaşıb.

Bildirilir ki, Leao ilə "Qalatasaray" və "Fənərbaxça" klubları maraqlanır. İstanbul klubları portuqaliyalı vingerə illik 10 milyon avro maaş və bonus təklif etməyə hazırdırlar.

Mövsümün uğursuz başa çatmasından sonra "Milan" rəhbərliyi Leaonu transfer bazarına çıxarmaq qərarına gəlib. 26 yaşlı portuqaliyalının 40-50 milyon avroya satılması gözlənilir.

Qeyd edək ki, Leao 2019-cu ilin yayından bəri "Milan"da oynayır və bu mövsüm bütün yarışlarda 31 oyunda 10 qol vurub və 3 məhsuldar ötürmə edib.

Onun klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" futbolçunun dəyərini 65 milyon avro olaraq qiymətləndirir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest