Fransanın "Olimpik" (Lion) klubu heyətini yeni futbolçuyla gücləndirib. Matc.az xəbər verir ki, sözügedən klub Liqa 1-in digər təmsilçisi "Lill"dən Yussuf Koneni transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Lion klubu Kone üçün "Lill"ə 9 milyon avro təzminat ödəyəcək.
Mali millisinin də şərəfini qoruyan Kone, son mövsümdə "Lill"in heyətində 23 oyunda iştirak edib.
"Olimpik" bir müddət əvvəl "Lill"dən Tyaqo Mendesi də transfer etmişdi.