"Mançester Siti"nin müdafiəçisi Niko Oreyli Premyer Liqada mövsümün ən yaxşı gənc oyunçusu seçilib.

Matc.az xəbər verir ki, bu bərədə məlumatı turnirin mətbuat xidməti paylaşıb.

21 yaşlı futbolçu Premyer Liqada 34 oyunda meydana çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Oreylinin "Mançester Siti" ilə hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. "Transfermarkt"da futbolçunun dəyəri 50 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest