Türkiyə Kubokunda finala qarşılaşması baş tutub.

Matc.az xəbər verir ki, həlledici görüşdə "Trabzonspor"la "Gənclərbirliyi"  üz-üzə gəlib.

Antalyada yerləşən "Corendon Airlines Park" satdionun baş tutan qarşılaşmada Trabzon təmsilçisi 2:1 hesabı ilə qələbə qazanaraq Türkiyə Kubokunun qalibi olub.

Bu nəticədən sonra Türkiyə Superkubokunun pley-offunda üz-üzə gələcək cütlüklər də dəqiqləşib. "Qalatasaray" "Konyaspor"la, "Tranzonspor" isə "Fənərbaxça" ilə qarşılaşacaq.

Qeyd edək ki, "Trabzonspor" tarixində 10-cu dəfə ölkə kubokuna sahib olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest