22 May 2026, 16:52
FUTBOL
"Sevilya"nın müdafiəçisi Sesar Aspilikueta gələcəyi ilə bağlı qərarını verib.
Matc.az xəbər verir ki, ispaniyalı futbolçu karyerasını başa vuracaq. Bu barədə Aspilikueta özü açıqlama verib.
36 yaşlı sağ cinah müdafiəçisi mövsüm başa çatdıqdan sonra peşəkar futbolla vidalaşacaq.
Qeyd edək ki, Sesar Aspilikueta karyerası ərzində "Osasuna", Marsel", "Çelsi" və "Atletiko"da da çıxış edib. O, İspaniya yığmaasının heyətində keçirdiyi 44 oyunda 1 qol vurub.













