Pedro İtaliyanın "Latsio" klubunu tərk edir.

Matc.az xəbər verir ki, bu barədə Roma klubunun mətbuat xidməti məlumat yayıb. Tərəflər cari mövsümün sonunda əməkdaşlığa xitam verəcəklər.

38 yaşlı vinger "Latsio"da çıxış etdiyi üçün qürurlu olduğunu deyib:

"Piza"ya qarşı oyun mənim "Latsio"dakı son matçım olacaq. Bu klubun formasını geyindiyim üçün qürur duyuram. Həmişə sizlərdən biri olaraq qalacağam".

Xatırladaq ki, Pedro 2021-ci ildən A Seriyası təmsilçisinin şərəfini qoruyur. İspaniyalı oyunçu bu mövsüm komandanın heyətində keçirdiyi 32 oyunda 4 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest