Mauritsio Sarri İtaliyada klubunu dəyişməyə yaxındır.

Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis A Seriyasının başqa bir klubunda işə başlaya bilər. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.

67 yaşlı məşqqçi böyük ehtimalla "Atalanta"nın sükanı arxasına keçəcək. Tərəflər arasındakı danışıqlar artıq yekun mərhələdədir. Sarrinin Berqamo təmsilçisi ilə imzalayacağı müqavilə 2029-cu ilin yayına qədər nəzərdə tutulub, məşqçinin illik maaşı isə 3,5 milyon avro təşkil edəcək.

"Atalanta" ​İtaliya çempionatının sonuncu turundan əvvəl topladığı 58 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest