22 May 2026, 11:13
FUTBOL
"Fənərbaxça"nın futbolçusu Dorjeles Nene karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.
"Ştutqart" malili vingeri transfer etmək istəyir. Almaniya klubu Nene üçün 22 milyon avroluq təklif göndərib. İstanbul nəhəngi hələ ki təklifə cavab verməyib.
Qeyd edək ki, Dorjeles Nene başa çatan mövsümdə "Fənərbaxça"nın heyətində bütün turnirlərdə keçirdiyi 47 oyunda 13 qol vurub, 12 qol ötürməsi edib.













