22 May 2026, 10:56
FUTBOL
"Udineze" "Qalatasaray"dan icarəyə götürdüyü Nikolo Zanyolo ilə bağlı qərar verib.
Matc.az xəbər verir ki, A Seriyası klubu italiyalı futbolçunun transfer hüquqlarına yiyələnəcək. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Artıq klublar arasında razılıq əldə olunub. Zanyolo İtaliya klubu ilə uzunmüddətli müqavilə imzalayacaq.
Qeyd edək ki, "Udineze" Nikolo Zanyolonu mövsümün əvvəlində icarəyə götürüb. 26 yaşlı hücumameyilli yarımmüdafiəçi komandanın heyətində keçirdiyi 34 oyunda 6 qol vurub, 6 qol ötürməsi edib.













