21 May 2026, 22:49
FUTBOL
"Zenit" 22 yaşlı hücumçu Felipe Auqusto üçün "Trabzonspor"a 15 milyon avro təklif etməyə hazırdır. Lakin Türkiyə klubu 25 milyon avro istəyir.
Matc.az xəbər verir ki, bu barədə "Sporx" məlumat yayıb.
Bildirilir ki, Rusiya klubu ötən qış braziliyalı futbolçu üçün 10 milyon avro təklif etsə də, rədd cavabı alıb. Futbolçu ilə "Benfika"nın da maraqlandığı qeyd edilir.
Auqusto 2025-ci ilin yayından bəri "Trabzonspor"da oynayır. Bu müddət ərzində hücumçu bütün yarışlarda 39 oyunda meydana çıxıb və 15 qol vurub.
Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 15 milyon avrodur.













