21 May 2026, 20:00
FUTBOL
"Atletiko" mövsümün sonunda "Mançester Siti"dən ayrılacaq yarımmüdafiəçi Bernardo Silva ilə maraqlanır. Portuqaliyalı futbolçu Madrid klubunun ona olan marağını müsbət qarşılayır.
Matc.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
Bildirilir ki, "Atletiko" Silvanı Antuan Qrizmannın yerinə nəzərdən keçirir. Madrid klubu 31 yaşlı futbolçunun agenti ilə danışıqlar aparır. İspaniya klubu Silvaya 2+1 illik müqavilə təklif etməyə hazırdırlar.
Qeyd edək ki, bu mövsüm portuqaliyalı futbolçu bütün turnirlərdə 52 oyunda meydana çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə edib. "Transfermarkt" portalında futbolçunun dəyəri 27 milyon avrodur.









_1692637766.png)


_1779379686.jpg)
