21 May 2026, 18:18
FUTBOL
"Mançester Siti"nin futbolçusu Savinyo yay transfer pəncərəsində klubunu dəyişə bilər.
Matc.az xəbər verir ki, bu barədə "The Touchline" nəşri məlumat yayıb.
50-60 milyon avroluq bir təklif gələcəyi təqdirdə, "şəhərlilər" 22 yaşlı vingerin gedişinə icazə verəcəklər.
Ötən il "Tottenhem" braziliyalı futbolçunu heyətinə qatmağa çalışsa da, həmin vaxt "Mançester Siti" onun satışından imtina etmişdi.
"Transfermarkt" portalının dəyərini 40 milyon avro qiymətləndirdiyi Savinyo cari mövsümdə Pep Qvardiolanın komandasının heyətində bütün turnirlərdə 35 matça çıxıb, 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.






_1692637766.png)


_1779379686.jpg)



