"Başakşehir" kapitanı Ömer Ali Şahinerin müqaviləsinin müddətini uzadıb.

Matc.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Türkiyə millisinin sabiq üzvü ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, Ömer Ali Şahiner 2021-ci ilin yanvarından "Başakşehir"də çıxış edir. 34 yaşlı sağ cinah müdafiəçisi başa çatan mövsümdə Super Liqa təmsilçisinin heyətində keçirdiyi 31 oyunda 3 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest