"Kristal Pelas"ın mərkəz müdafiəçisi Maksans Lakrua digər Londonda klubunu dəyişə keçə bilər.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Ekrem Konur məlumat yayıb.

"Çelsi" fransalı futbolçunu heyətinə qatmaq istəyir. "Mavilər" 26 yaşlı mərkəz müdafiəçisini prioritet transfer hədəfi kimi müəyyənləşdiriblər.

​Maksans Lakrua Fransa millisinin qarşıdakı dünya çempionatı üçün yekun heyətinə daxil edilib. Cari mövsümdə "Kristal Pelas"ın heyətində 54 matça çıxan oyunçu 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest