"Boka Xuniors"un yarımmüdafiəçisi Milton Delqado karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.

"Beşiktaş" argentinalı futbolçunu transfer etmək istəyir. İstanbul təmsilçisi Delqado üçün Buenos Ayres klubu ilə danışıqlara başlamağı planlaşdırır.

20 yaşlı dayaq yarımmüdafiəçisi ilə "İnter" və "Bornmut"da yaxından maraqlanır.

Qeyd edək ki, Milton Delqado bu mövsüm "Boka Xuniors"un heyətində keçirdiyi 20 oyunda 1 qol ötürməsi edib. Gənc oyunçu Argentinanın U-20 millisinin üzvüdür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest