21 May 2026, 13:59
FUTBOL
Roberto Mançini yenidən İtaliya millisinə rəhbərlik etmək arzusundadır.
Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
61 yaşlı mütəxəssis bu məqsədlə ildə 2 milyon avro məbləğində yüksək olmayan maaşla razılaşmağa hazırdır.
Yekun qərarı İtaliya Futbol Federasiyasının yeni prezidenti verəcək. Milli komandanın baş məşqçisi postuna "Napoli"dən Antonio Konte və "Milan"dan Massimiliano Alleqri də namizəddir.
Xatırladaq ki, Roberto Mançini 2018-ci ildən 2023-cü ilə qədər artıq İtaliya yığmasını çalışdırıb. "Skuadra Adzurra" onun rəhbərliyi altında 2020-ci ildə Avropa çempionu olub, həmçinin iki dəfə Millətlər Liqasının bürünc mükafatını qazanıb.





_1779368930.jpg)






_1779359939.jpg)
