FİFA prezidenti Canni İnfantino meydandakı qarşıdurmalar zamanı ağızlarını əlləri və ya paltarları ilə örtən oyunçulara qırmızı vərəqələrin tətbiq edilməsini təklif edib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Sky News" paylaşıb.
"Bu cür jestlərə əl atan oyunçular açıq şəkildə dediklərini gizlətməyə çalışırlar. Aydındır ki, yersiz bir şey dediklərinin fərqindədirlər. Kimsə ağzını örtəndə, bu, gizlədəcək bir şeylərinin olduğunu göstərir. İrqçilik hərəkətlərinə qarşı təsirli tədbirlər görərək qətiyyətlə cavab verməliyik. Lakin hadisənin baş vermə səbəblərini nəzərə almaq vacibdir. Emosional sarsıntı vəziyyətində olan insan sonradan səmimi şəkildə peşman olduğu bir səhv edə bilər. Buna görə də, açıq şəkildə üzr istəyənlərin cəzasını yüngülləşdirməyi düşünməliyik", - deyə İnfantino bildirib.
Bundan əlavə, FİFA prezidenti əgər oyunçu açıq şəkildə günahını etiraf edərsə, ayrı-seçkilik xarakterli ifadələrə görə minimum cəzanın 5 oyuna endirilməsini təklif edib.












