"Real" və "Mançester Siti" Çempionlar Liqasının 1/8 final mərhələsində qarşılaşacaqlar. Bu, komandaların Avropa yarışının pley-off mərhələsində ardıcıl beşinci qarşılaşmasıdır ki, bu da rekorddur.

Matc.az xəbər verir ki, bu barədə "Opta Joe" məlumat yayıb.

2022-ci ildə Çempionlar Liqasının yarımfinalında Madrid klubu qələbə qazanıb (3:4, 3:1). Növbəti il ​eyni mərhələni keçən tərəf ​Premyer Liqa klubu olub (1:1, 4:0). 2024-cü ildə İspaniya klubu 1/4 finala yüksəlib (3:3, 1:1, penaltilərdə 4:3), 2025-ci ildə də pley-off madridlilərin xeyrina başa çatıb (3:2, 3:1).

Xatırladaq ki, hazırkı Çempionlar Liqasının 1/8 final mərhələsinin oyunları 10-11 mart (ilk oyunlar) və 17-18 mart (cavab oyunlar) tarixlərində keçiriləcək. Final mayın 30-da Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest