"Milan"ın hücumçusu Niklas Fülkruqun 500 min avro dəyərində saatı oğurlanıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Football Italia" paylaşıb.

Hadisə oyunçu komanda məşqində iştirak edərkən baş verib. Otelinə qayıtdıqdan sonra Fülkruq seyfinin sındırıldığını aşkar edib. Oğrular ümumi dəyəri 500 min avro olan 4 saatı oğurlayıblar.

Qeyd edək ki, Fülkruq yanvarın 2-də "Vest Hem"dən icarə əsasında "Milan"a keçib. O, İtaliya klubunda 4 oyunda (biri əsas heyətdə) qol vura bilməyib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest