Misli Premyer Liqasının 2025/26 mövsümünün baş tutan 16 turunda 16 böyükhesablı nəticə qeydə alınıb.
Misli Premyer Liqasının 2025/26 mövsümünün baş tutan 16 turunda 16 böyükhesablı nəticə qeydə alınıb.
Matc.az xəbər verir ki, meydan sahibləri 9, qonaqlar 7 dəfə üç və ya daha çox top fərqi ilə qalib gəlib.
10 komanda böyükhesablı qələbə əldə edib. Yalnız “Araz-Naxçıvan”la “Karvan-Yevlax”ın belə uğuru yoxdur.
“Sabah”, “Qarabağ”, “Turan Tovuz”, “Sumqayıt”, “Şamaxı” və “İmişli” hərəyə 2 dəfə rəqibini böyük fərqlə məğlub edib. “Zirə”, “Neftçi”, “Kəpəz” və “Qəbələ”nin bir uğuru var.
Gəncə klubu hamıdan çox – 6 dəfə, “Karvan-Yevlax” 4 dəfə üç və ya daha çox top fərqi ilə uduzub. “Araz-Naxçıvan” 2, “İmişli”, “Zirə”, “Şamaxı” və “Sumqayıt” 1 ağır yenilgiyə üzülüb. İki cütdə eyni komanda hər iki dövrədə rəqibini fərqlə üstələyib. “Qarabağ” “Araz-Naxçıvan”ı (5:0, 5:1), “Şamaxı” “Karvan-Yevlax”ı (3:0, 3:0) 2 dəfə belə məğlubiyyətə uğradıb.












