"Jirona" və Xorvatiya milli komandasının qapıçısı Dominik Livakoviç klubunda oynamaqdan imtina edir.

Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

30 yaşlı futbolçu artıq rəhbərliyə əsas qapıçı Paulo Qassaniqa zədələnsə belə, meydanda olmayacağını bildirib. Futbolçu klubdakı mövqeyindən narazıdır və buna görə də mümkün qədər tez ayrılmaq istəyir.

Livakoviçin məşqdəki performansı da aşağı düşüb və məlumatına görə, onun davranışı klub rəsmilərini qıcıqlandırır.

Livakoviçin oynamaqdan çəkinməsinin digər və əsas səbəbi UEFA qaydalarıdır ki, bu qaydalar ona bir mövsümdə üç klubda oynamağı qadağan edir. Mövsümün əvvəlində "Fənərbaxça"da iki dəfə meydana çıxan Livakoviç bu qış oyun praktikası üçün başqa kluba keçə bilmir.

Xorvatiyalı futbolçunun "Jirona" ilə icarə müqaviləsi 2026-cı ilin yayına qədər, "Fənərbaxça" ilə isə daimi müqaviləsi 2028-ci ilə qədərdir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest