"Milan" "Liverpul"un qapıçısı Alisson Bekeri transfer etmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Saşa Tavolieri məlumat yayıb.

A Seriyası nəhəngi braziliyalı qolkiperi yanvar ayında heyətinə qatmağı planlaşdırır. "Rossoneri" 6 aylıq müqaviləsi qalan 33 yaşlı "əlcək sahibi" üçün İngiltərə klubu ilə danışıqlara başlayıb.

Qeyd edək ki, "Liverpul" Alisson Bekeri 2018-ci ilin yayında "Roma"dan transfer edib. Braziliya millisinin üzvü bu mövsüm "qırmızılar"ın heyətində 14 oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest