"Santos"un ulduzu Neymar Braziliya çempionatında mövsümün başa çatmasının ardından fikirlərini bölüşüb.

Matc.az "Globo"ya istinadən xəbər verir ki, 33 yaşlı vinger son həftələrin oyun üçün çətin keçdiyini bildirib:

“"Santos"a komandaya bacardığım qədər kömək etmək üçün qayıtmışam. Bu həftələr mənim üçün çox çətin keçdi. Mənimlə olan və məni dəstəkləyən hər kəsə təşəkkür edirəm. Əgər onlar olmasaydı, zədələr, dizimdəki problemlər və psixoloji vəziyyətim səbəbindən bu matçlarda oynaya bilməzdim. İndi istirahət lazımdır, bundan sonra isə məni diz əməliyyatı gözləyir”.

Qeyd edək ki, Neymar başa çatan mövsümdə "Santos"un heyətində 28 matçda iştirak edib, 11 qol vurub və 4 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest