İngiltərənin "Sauthempton" klubu Tonda Ekert baş məşqçi təyin edib.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sport" məlumat yayıb.

Bildirilir ki, 32 yaşlı mütəxəssislə 2027-ci ilə qədər müqavilə imzalanıb.

Noyabrın əvvəlində Uill Still vəzifəsindən azad edildikdən sonra, Ekert müvəqqəti olaraq baş məşqçi vəzifəsini icra edib.

Onun gəlişindən sonra "Sauthempton" beş oyundan dördündə qalib gələrək Çempionşipdə 14-cü yerə yüksəldib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest