06 Dekabr 2025, 09:42
FUTBOL
UEFA "Bavariya"nın apelyasiya şikayətindən sonra hücumçu Luis Diasın Çempionlar Liqasındakı cəzasını üç oyundan iki oyuna endirib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı Almaniya klubunun mətbuat xidməti paylaşıb.
Dias Çempionlar Liqasının Liqa mərələsinin 5-ci turunda "Arsenal"a qarşı (3:1) oyunu buraxıb. O, növbəti turda "Sportinq" ilə qarşılaşmada da komandasına kömək edə bilməyəcək.
Xatırladaq ki, kolumbiyalı futbolçu Çempionlar Liqasının 4-cü turunda PSJ ilə qarşılaşmanın (1:2) 45-ci dəqiqəsində, müdafiəçi Əşrəf Hakimiyə qarşı kobud oyununa görə qırmızı vərəqə alıb.












