İtaliyanın "Atalanta" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib. A Seriyası təmsilçisini Rafaele Palladino çalışdıracaq.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 41 yaşlı italiyalı mütəxəssislə 2026/2027 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Atalanta" ötən gün İvan Yuriçlə yollarını ayırıb. Palladinonun son iş yeri isə "Fiorentina" olub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest