"Arsenal"ın 15 yaş 308 günlük vingeri Maks Douman Liqa mərhələsinin IV turunda "Slaviya" ilə oyunun 73-cü dəqiqəsində əvəzetmədən meydana çıxdıqdan sonra Çempionlar Liqası tarixinin ən gənc oyunçusu olub.

Matc.az xəbər verir ki, bu barədə Çempionlar Liqasının mətbuat xidməti məlumat paylaşıb.

İngilis futbolçu Çempionlar Liqasında 16 yaş 18 günlüyündə oynamış "Borussiya"nın keçmiş hücumçusu Yussuf Mukoko və 16 yaş 68 günlüyündə meydana çıxmış "Barselona"nın vingeri Lamin Yamalın rekordunu keçib.

Qeyd edək ki, bu mövsüm Douman bütün yarışlarda 5 oyunda meydana çıxıb və bir məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest