17 Oktyabr 2025, 10:14
FUTBOL
"Everton"un futbolçusu Ceyms Qarner Premyer Liqada klubunu dəyişə bilər.
Matc.az xəbər verir ki, bu barədə "TBR Football" məlumat yayıb.
"Mançester Yunayted" ingiltərəli dayaq yarımmüdafiəçisini heyətinə qatmağı planlaşdırır. "Qırmızı şeytanlar" klubu ilə müqaviləsi yayda başa çatan 24 yaşlı oyunçunu azad agent statusu ilə rənglərinə bağlamağa çalışacaq.
Qeyd edək ki, "Everton" Ceyms Qarneri 2022-ci ilin yayında "Mançester Yunayted"dən 10 milyon avroya transfer edib. İngiltərə U-21 millisinin sabiq üzvü bu mövsüm "mavilər"in heyətində keçirdiyi 9 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.